\
25 Noyabr 2024 - Bazar ertəsi

“Bu il Ermənistanda 40 adda məhsul bahalaşacaq” - Ermənistan “İstehlakçıların məşvərət mərkəzi”-nin sədrinin açıqlaması

“Bu il Ermənistanda 40 adda məhsul bahalaşacaq” - Ermənistan “İstehlakçıların məşvərət mərkəzi”-nin sədrinin açıqlaması
1657baxış

“Ötən il qiymətlərin artımı ölkədə yoxsulluğun həcmini 30%-dən yuxarı qaldırıb. Bu, 40% də ola bilərdi”. News.am-ın məlumatına görə, bu sözləri Ermənistan “İstehlakçıların məşvərət mərkəzi”-nin sədri Karen Çilingəryan bu gün yerli jurnalistlərə açıqlamasında deyib. “Yeni ildə mal əti ilə yanaşı, donuz əti, ağartı məhsulları və sair ərzaq çeşidləri hədsiz dərəcədə bahalaşıb. Bu da istehlakçılar üçün çoxsaylı problemlərə səbəb olub”, -deyə açıqlama verən ekspert 2018-ci ildə də qiymət artımının davam edəcəyini bildirib. Onun fikrincə, dövriyyədə olan malların ən azı 40 növü bahalaşacaq ki, onların da arasında zəruri istehlak malları az deyil.

Mediapress.az