\
24 Noyabr 2024 - Bazar günü

Təhlükəsizlik xidmətinin rəhbəri 350 nəfərlik rüşvətxor dəstəni ifşa edəcək - Ermənistanda

Təhlükəsizlik xidmətinin rəhbəri 350 nəfərlik rüşvətxor dəstəni ifşa edəcək - Ermənistanda
1746baxış

Ermənistanda iqtisadi sahədə böhran dərinləşməkdədir. Yenicə vəzifəyə gəlmiş Milli təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanesyan bu məsələdə korrupsioner məmurlardan ibarət böyük bir cinayətkar şəbəkənin izinə düşdüklərini bəyan edib.

Mediapress.az News.am-a istinadən xəbər verir ki, artıq istintaq başlayıb.

Xatırladaq ki, yeni təhlükəsizlik rəhbəri bir müddət əvvəl KİV rəhbərləri ilə görüşdə korrupsiya hallarını ifşa edəcəyini söz vermişdi. O, bildirmişdi ki, 350 nəfərin iştirakı ilə qaranlıq biznes qurulub və o, bu məsələni araşdırır.

Xidmət rəhbərinin sözlərinə görə, onların məqsədi kimlərinsə həbsi deyil, daha çox pulların büdcəyə qaytarılmasına nail olmaqdır.