\
23 Aprel 2024 - Çərşənbə axşamı

Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutulub

Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutulub
1576baxış
Oktyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
 
Bu barədə Mediapress.az-a Müdafiə Nazirliyindən bildirilib.
 
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.