\
16 Aprel 2024 - Çərşənbə axşamı

Mövqelərimiz atəşə tutuldu

Mövqelərimiz atəşə tutuldu
2811baxış

Oktyabrın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutub.

 
Mediapress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.