\
24 Noyabr 2024 - Bazar günü

İrəvan Qarabağda güzəştə gedəcəklərinin siqnalını verdi - Prezidentin Bakıya mesajı

İrəvan Qarabağda güzəştə gedəcəklərinin siqnalını verdi - Prezidentin Bakıya mesajı
1942baxış

Respublika Gününün 100 illik yubileyi ilə əlaqədar Ermənistan prezidenti Armen Sarkisyan Gürcüstanda səfərdə olub. Səfər zamanı “Çiçəklənmək üçün əməkdaşlıq – növbəti yüzilliyin strateji planlaşdırılması” mövzusunda dəyirmi masa keçirilib.

Mediapress.az NEWS.am-a istinadən xəbər verir ki, tədbirdə iştirak edən Armen Sarkisyan geniş nitqlə çıxış edib. O deyib: “Konfliktlərin sülh yolu ilə həllinə xidmət edəcək çiçəklənmək üçün əməkdaşıq və hərtərəfli əlaqə prinsipi Cənubi Qafqaz ölkələrinin aparıcı qüvvəsi və konsepsiyası olmalıdır”. Prezident həmçinin qeyd edib ki, növbəti yüzillik (qeyd: XXI əsr) Cənubi Qafqaz üçün problemlərlə vidalaşma və qarşılıqlı faydalı əsaslarla sərhədlərin aradan qaldırılması dövrü olmalıdır. A.Sarkisyanın fikrincə, Cənubi Qafqaz dövlətlərinin bugünkü reallığı və proseslərin dinamikası ümid verir ki, demokratik proseslər inteqrasiyaya, stabil sülhə və regionun iqtisadi inkişafına zəmin yaradacaq.  Ermənistan prezidenti əminliklə bildirib ki, qarşılıqlı cəhdlər hesabına nəinki əməkdaşlığa mane olan siyasi, iqtisadi, geosiyasi anlaşılmazlıqları aradan qaldırmaq olar, hətta tolerantlıq fonunda qarşılıqlı faydalı, mehriban qonşuluq əlaqələrini hər bir sahədə qurmaq mümkündür və zəruridir.    

Nəzərinizə çatdıraq ki, Ermənistan prezidenti çıxışı zamanı Azərbaycanın adını çəkməsə də, Cənubi Qafqaz ölkəsi olaraq məhz Azərbaycana xitab edirdi. Əks təqdirdə, yalnız təmsil etdiyi ölkənin və Gürcüstanın adını hallandırardı.

Yerli analitiklərin fikrincə, müstəqilliyin bərpası dövründən bu zamana kimi Ermənistan rəhbərlərindən heç biri vəziyyəti bu cür düzgün qiymətləndirib, perspektiv prioritetləri sadalamamışdı. 

Bu isə Ermənistanda baş tutmuş məxməri inqilabdan sonra xarici siyasətin kəskin dəyişəcəyinə bir işarədir.