\
25 Noyabr 2024 - Bazar ertəsi

Ermənilər qiymətlərin artımına qarşı kütləvi etirazlara hazırlaşırlar - 19 yanvar S.Sarkisyanın sonunun başlanğıcı ola bilər - VİDEO

Ermənilər qiymətlərin artımına qarşı kütləvi etirazlara hazırlaşırlar - 19 yanvar S.Sarkisyanın sonunun başlanğıcı ola bilər - VİDEO
1715baxış

19 yanvarda Ermənistanın paytaxtı Yerevanda qiymətlərin artımına qarşı etiraz marşı keçiriləcək. Etirazın təşkilatçısı “Çıxış” hərəkatından  NEWS.am-a verilən məlumata görə, geniş ictimaiyyət mövcud vəziyyətdən son dərəcə narazıdır və mitinqlər cəmiyyətin sosial sifarişidir. Etiraz marşı və kütləvi yürüş bir qisim insanlarda hökumətin diqqətini cəlb edə biləcəkləri ümidini yaratsa da, əksəriyyət düşünür ki, iqtidarda olanlar milləti tamamilə məhv etməyə hazırlaşırlar. Deməli, onlar üçün heç bir etiraz aksiyasının mənası yoxdur. Bu baxımdan kütləvi yürüşə nə qədər adamın qatılacağını ehtimal etmək çətindir.        

“Çıxış” hərəkatının təşkilatçıları onu da bildiriblər ki, bu gün Ermənistan vətəndaşlarının əksəriyyəti bir çox ərzaq məhsullarından imtina etmək, əvəzində dərman preparatlarına üstünlük vermək məcburiyyətində qalıblar. Hətta təqaüdçülərin kiçik gəlirləri həyati önəm daşıyan dərmanların alınmasına belə yetmir. Odur ki, vətəndaşların bir qismi xilas yolunun ölkəni tərk etmək olduğunu düşünürlər. Digərləri isə ölümlərini gözəmək məcburiyyətindədirlər.

Bir çox erməni politoloqlarının fikrincə, 19 yanvar etiraz dalğaları Serj Sarkisyanın planlarını alt-üst edə bilər. Belə ki, etirazlar kütləviləşəcəyi təqdirdə, bütün cəmiyyəti əhatə edəcək. “Cəmiyyətin əksər çoxluğunun mövcud iqtidarın iqtisadi və siyasi siyasətinə qarşı olduğunu, lakin müəyyən səbəblərdən gözləmə mövqeyində durduğunu nəzərə alsaq, planlaşdırılan mitinqi saatlı bombaya bənzədə bilərik”- deyə 9 yanvarda jurnalistlərə açıqlama verən Qafqaz İnstitutunun rəhbəri, politoloq Aleksandr İsgəndəryan 19 yanvarın S.Sarkisyanın sonunun başlanğıcı ola biləcəyini bildirib.     

Mediapress.az