\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Avtomobil çevrildi, hərbçi öldü - Ermənistanın Gədəbəylə sərhəd ərazisində

Avtomobil çevrildi, hərbçi öldü - Ermənistanın Gədəbəylə sərhəd ərazisində
1727baxış

Ermənistanın Qeqarkunik vilayətinin Çəmbərək şəhərində Ermənistan milli ordusunun hərbçisinin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Mediapress.az Shamshyan.com-a istinad edən News.am-ın məlumatına əsasən xəbər verir ki, bu gün yerli vaxtla 00:30 radələrində 28 yaşlı hərbçi Narek Çaqaryan Çəmbərək şəhərindən (Gədəbəylə sərhəddə yerləşən əvvəlki Krasnoselsk rayonunun inzibati mərkəzi) çıxarkən hərbi hissənin yaxınlığında maneəyə çırpılaraq bir neçə dəfə aşıb. 35 PQ 401 dövlət nömrə nişanlı maşın yararsız hala düşüb və sürücü hadisə yerində ölüb.

Məlumatda bildirilir ki, ölən hərbçi təzəlikcə evlənib və hadisəyə səbəb olan Opel markalı maşını bir neçə gün əvvəl alıb.