\
24 Noyabr 2024 - Bazar günü

Respublika Gününə parlamentin spikeri dəvət almadı - Ermənistanda dərinləşən siyasi böhran

Respublika Gününə parlamentin spikeri dəvət almadı - Ermənistanda dərinləşən siyasi böhran
1688baxış

Ermənistan Milli Məclisinin spikeri Ara Babloyan ölkənin Respublika Gününün 100 illik yubileyi ilə bağlı Sardarabadda baş tutan tədbirə öz statusunda çağırılmayıb.

Mediapress.az News.am-a istindən xəbər verir ki, bu məsələ ilə bağlı parlament aparatının rəhbərinin müavini Arsen Babayan rəsmi bəyanatla çıxış edib:

“Ötən illər Milli Məclis idarəetmənin bir qolu kimi bu tip tədbirlərdə tam heyətlə çıxış edirdi. Bu il başqa bir münasibətlə qarşılaşmalı olduq: komissiya rəhbərləri, vitse spikerlər və spiker rəsmi dəvət almadılar. Ara Babloyan isə Respublika blokundan dəvət olunan 3 deputatdan biri kimi dəvətli idi. Spiker hesab edir ki, qanunverici orqana qarşı qeyri-adekvat münasibət nümayiş olunub”.

Xatırladaq ki, bayram tədbirlərinə cəmi 13 deputat dəvət alıb ki, onlardan üçün Respublika partiyasının nümayəndəsidir.