\
25 Aprel 2024 - Cümə axşamı

Erməni əsgəri hərbçi yoldaşı güllələyibmiş

Erməni əsgəri hərbçi yoldaşı güllələyibmiş
1246baxış
Ermənistanda başından güllə yarası alan əsgəri hərbçi yoldaşı vurubmuş. "Unikal" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi məlumat yayıb. Məlumata görə, çağırışçı A. A. ona təhkim olunmuş "AK-74" avtomatı boşaldarkən atəş açması nəticəsində onunla eyni mövqedə xidmət edən əsgər Ə. A-nı başından ölümcül yaralayıb. Məhkəmə-tibbi ekspertizasının rəyindən sonra hərbi qarovul məntəqəsinin döyüş mövqeyi komandirinin köməkçisi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu həbs edilib.