\
22 Noyabr 2024 - Cümə

Ermənilər təxribata əl atıblar - MN-dən rəsmi açıqlama

Ermənilər təxribata əl atıblar - MN-dən rəsmi açıqlama
1422baxış
Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Mediapress.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.