Separatçı rejimin rəhbərliyi vəzifədən gedir - Dağlıq Qarabağda
Bu gün Xankəndidə mitinqlərin koordinasiya komitəsi etiraz aksiyalarının dayandırıldığı haqda məlumat yayıb. Bu barədə separatçı rejimin Ombudsmen aparatının rəhbəri Artak Beqlaryan məlumat verib.
Mediapress.az separatçı rejimə istinadən edən News.am-a yönəlik xəbər verir ki, məlumatda deyilir: “Bako Saakyanla razılığa və Ermənistanın baş naziri Nikol Paşinyanın müraciətinə əsasən mitinqlərin koordinasiya komitəsi etiraz aksiyasının dayandırıldığını elan edir. İndiki vəziyyətdə bu, ən düzgün qərardır. Belə ki, dialoq və effektiv danışıqlar hər bir tərəfin maraqlarına xidmət edir”.
Qeyd edək ki, separatçı rejimin baş naziri Araik Arutunyan etiraçılar qarşısında çıxış edərkən özünün və Bako Saakyanın istefaya getməyə hazır olduqlarını bildirib.
Yerli analitiklərin fikrincə, Xankəndidəki mitinqlər Nikol Paşinyanın Serj Sarkisyanın adamlarını vəzifədən uzaqlaşdırmaq məqsədini güdür. Hadisələrin inkişafı yeni baş nazirin məqsədlərinə qısa zamanda nail ola biləcəyini göstərir.