\
8 Sentyabr 2024 - Bazar günü

Ermənistan silahlı bölmələri Laçında ekskavatoru atəşə tutub

Ermənistan silahlı bölmələri Laçında ekskavatoru atəşə tutub
1339baxış

Mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatorumuzu atəşə tutub.

Bu barədə Mediapress.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.