Ordunun təminatında maliyyə fırıldağı aşkar edildi - Ermənistanda
Ermənistan ordusunun təminatında maliyyə fırıldağı aşkar edilib. Məlum olub ki, müdafiə nazirliyi elan etdiyi tenderdə qalıb gəlmiş şirkətin əli ilə büdcə vəsaitlərini külli miqdarda mənimsəyirmiş.
Mediapress.az News.am-a istinadən xəbər verir ki, Ermənistanın mərkəzi hərbi prokurorluğunun dövlət maraqlarını qoruma şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda maliyyə fırıldağı aşkar edilib. Araşdırma zamanı məlum olub ki, ölkənin müdafiə nazirliyi hərbi hissələr üçün uniformaların hazırlanması ilə bağlı elan etdiyi tenderlərdə ilk 2 yeri tutan şirkətləri deyil, 3-cü yeri tutan şirkəti qalib elan edib və beləliklə, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə şərait yaradıb. Nəticədə, büdcəyə 2 milyon dram ziyan vurulub.