Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanda işgüzar səfərdədir.
Bakupost.az xəbər verir ki, Paşinyanı Batumi beynəlxalq hava limanında Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, həmçinin Acarıstan hökumətinin sədri Tornike Rijvadze qarşılayıb.
Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinə Ermənistan hökumətinin yüksək vəzifəli rəsmilərinin daxil olduğu bildirilib.
Səfər çərçivəsində iki ölkənin baş nazirləri arasında təkbətək və geniş tərkibdə görüşlər keçiriləcək.