\
22 Oktyabr 2024 - Çərşənbə axşamı

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
1530baxış

Sentyabrın 14-ü saat 13:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Dərə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Daryurd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.