\
18 Oktyabr 2024 - Cümə

Ermənistan silahlı bölmələri Gədəbəyi atəşə tutub, Azərbaycan Ordusu cavab tədbirləri görüb

Ermənistan silahlı bölmələri Gədəbəyi atəşə tutub, Azərbaycan Ordusu cavab tədbirləri görüb
1163baxış

Sentyabrın 14-ü saat 13:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Dərə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Daryurd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Mediapress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.