İrəvana birlikdə səyahət edək - Orta əsrlərin xarabalığı - VİDEO
Azərbaycana qeyri-rəsmi şəkildə müharibə elan etmiş bir dövlətidə baş verən hadisələri diqqətdə saxlamaq hər birimizin vətəndaşlıq borcudur. Bu gün biz torpaqlarımızın 20 faizini işğal etmiş, 1 milyondan çox vətəndaşımıza didərgin həyatı yaşadan bir dövlətin paytaxtına virtual səyahət edəcəyik. Bir daha əmin olacağıq ki, torpaqlarımızı ilhaq etməyə çalışan bir dövlət malik olduğu torpaqları belə düzgün idarə edə bilmir. Belə ki, paytaxt İrəvanın tam mərkəzində hökm sürən ab-hava qonşu dövlətin bataqlıqda olduğunu və bu bataqlıqdan uzun illər çıxa bilməyəcəyini bir daha sübut edir. Hadisələri qabaqlayaraq onu bildirmək istəyirik ki, bizi qınamağa tələsməyin. Bəli, Bakıda da Sovetski, Kubinka deyilən xoşagəlməz yaşayış məskənləri var. Lakin dövlətimizin ardıcıl həyata keçirdiyi quruculuq-abadlıq tədbirləri nəticəsində bu tip problemlərimiz tarixə çevrilməkdədir. Təkcə onu demək kifayətdir ki, Sovetskidəki gecəqonduların yerinə inşa edilən ərazidə Avropada ilk dəfə körpünün üstündə park salınacaq.
Qayıdaq mövzuya. Mediapress.az News.am-ın vasitəsilə blogger Linin lentə aldığı video görüntüləri sizlərə təqdim edir. Həmin kadrlarda İrəvanın mərkəzinin orta əsrlərin xarabalıqlarını xatırlatdığını və sakinlərin ümidsizliyini, çarəsizliyini görə biləcəksiniz. Əlavə şərh vermədən videonu sizlərə təqdim edirik. Ermənicə mətni anlamayanlara onu deməliyik ki, süjetdəki hər bir detala diqqət yetirin, eyni zamanda aparıcının səsləndirdiyi mətnin məzmununa fikir verin. Beləliklə, İrəvanın mərkəzindəki “məşhur” Kond məhəlləsinə səyahətə başlayırıq.