\
22 Noyabr 2024 - Cümə

"Azərbaycan Ordusu Ermənistanın hərbi avtomobilinə atəş açmayıb" - MN

"Azərbaycan Ordusu Ermənistanın hərbi avtomobilinə atəş açmayıb" - MN
1478baxış

Oktyabrın 2-si saat 14:25 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrinə ərzaq aparan avtomobil texnikasına atəş açılması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Mediapress.az-aAzərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd olunub.