\
8 Sentyabr 2024 - Bazar günü

Füzuliyə daha 59 nəfər yola salındı

Füzuliyə daha 59 nəfər yola salındı
1533baxış
Bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
 
 Mediapress.az AzərTac-a istinadən xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 59 nəfər köçürülüb.
 
Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
 
Bununla da Füzuli şəhərində 187 ailənin, yəni, 661 nəfərin daimi məskunlaşması təmin ediləcək.