\
18 Oktyabr 2024 - Cümə

Ermənistanda universitetdə partlayış olub, ölən və yaralananlar var

Ermənistanda universitetdə partlayış olub, ölən və yaralananlar var
1442baxış

İrəvan Dövlət Universitetinin korpuslarından birində partlayış baş verib, ölən və yaralananlar var.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə bu ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, ilkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Ölən şəxs yaşıllaşdırma idarəsinin əməkdaşıdır. Partlayışdan sonra tələbələr sürətlə ərazidən uzaqlaşdırılıblar.