\
24 Noyabr 2024 - Bazar günü

Özlərini N.Paşinyan kimi təqdim edib, ATƏT-in baş katibini aldatdılar - Prankerlər - VİDEO

Özlərini N.Paşinyan kimi təqdim edib, ATƏT-in baş katibini aldatdılar - Prankerlər - VİDEO
1972baxış

Rusiyalı prankerlər Leksus və Vovan adətləri üzrə telefonla zarafat ediblər. Mediapress.az News.am-a istinadən xəbər verir ki, onlar bu dəfə ATƏT-in baş katibi Tomas Qremingerlə əlaqə saxlayaraq özlərini Ermənistanın baş naziri Nikol Paşinyan kimi təqdim ediblər. ATƏT rəhbəri həmsöhbətinin N,Paşinyan olduğunu zənn edərək onu yeni vəzifəsi münasibəti ilə təbrik edib və aparılacaq islahatlarda baş nazirə dəstək verəcəklərini bildirib. Tomas Qreminger “baş nazirə” Seçki Məcəlləsində islahatlar etməsinin vacib olduğunu deyib.