\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Bu gecə təyyarədə kütləvi dava düşdü - İrəvanda

Bu gecə təyyarədə kütləvi dava düşdü - İrəvanda
1893baxış

Bu gün gecə saatlarında təyyarədə kütləvi dava düşüb. Mediapress.az News.am-a istinadən xəbər verir ki, yerli vaxtla saat 03:40 radələrində İrəvanın “Zvartnots” hava limanının “Bars” mühafizə xidmətindən polisə kütləvi dava haqda məlumat daxil olub. Məlumatda bildirilib ki, Moskvadan İrəvana uçan təyyarədə bir sərxoş sərnişin başqalarına sataşıb. 3 sərxoş Rusiya vətəndaşı arasında söyüşlü dava düşüb. Təyyarə İrəvana endikdən sonra insidentin hər 3 iştirakçısı aeroportun polis məntəqəsinə aparılıb. Məhkəmə tibbi ekspertizası təyin olunub, araşdırmalar aparılır.