Şəhər merinin məsləhətçisi bir qrup şəxs tərəfindən döyüldü - İrəvanda
1723
İrəvanda şəhər merinə qarşı narazılıqlar səngimək bilmir. Mediapress.az Shamshyan.com-a istindən məlumat yayan News.am-a yönəlik xəbər verir ki, 12 iyun tarixində axşam saatlarında meriyanın 48 yaşlı məsləhətçisi Aram Ananyan bir qrup şəxs tərəfindən döyülüb. Hüquqi məsələlər üzrə məsləhətçiyə hücum edənlərdən cəmi ikisinin şəxsiyyəti zərərçəkmişə bəlli olub. Moskovyan küçəsində baş vermiş insident üzrə polis idarəsində araşdırma aparılır.