Aİ missiyası Ermənistan-Azərbaycan sərhədində yerləşən Qaragölə baş çəkib
![Aİ missiyası Ermənistan-Azərbaycan sərhədində yerləşən Qaragölə baş çəkib](https://img.mediapress.az/news/2024/05/photo_25900.jpg)
1884baxış
Avropa İttifaqının Ermənistandakı Missiyasının (EUMA) rəhbəri Markus Ritter Gorusda EUMA əməkdaşları ilə görüşüb.
APA xəbər verir ki, bu barədə EUMA-nın "X" hesabında bildirilib.
Qeyd olunub ki, missiyanın üzvləri Ermənistanın Azərbaycanla sərhədində yerləşən Qaragöl gölünə də baş çəkib.
“Bu günə qədər Avropa İttifaqının Ermənistandakı Missiyası (EUMA) Ermənistan-Azərbaycan sərhədində 2300-dən çox patrul həyata keçirib”, - məlumatda deyilir.