\
23 Iyun 2024 - Bazar günü

Beyləqanda Birinci Qarabağ müharibəsinin şəhidi Mehdiqulu Quliyevlə vida mərasimi keçirilir

Beyləqanda Birinci Qarabağ müharibəsinin şəhidi Mehdiqulu Quliyevlə vida mərasimi keçirilir
1981baxış

Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mehdiqulu Mədət oğlu Quliyevin meyitinin qalıqları Beyləqan rayonuna gətirilib.

“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Beyləqan rayonu Milabad qəsəbəsində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Mehdiqulu Mədət oğlu Quliyev 1958-ci il iyunun 1-də Cəbrayıl rayonunun Niyazqullar kəndində anadan olub. O, 1993-cü il oktyabrın 23-də Füzuli rayonunun Horadiz qəsəbəsində itkin düşüb.

M.Quliyev Beyləqan rayonu Milabad qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunacaq.