\
23 Iyun 2024 - Bazar günü

İtkin düşən hərbçimiz Ermənistana keçib?

İtkin düşən hərbçimiz Ermənistana keçib?
1877baxış

 Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

Mediapress.az Axar.az-a istinadən məlumatına görə, erməni mediası əsgərimizin Naxçıvan istiqamətindən Ermənistan ərazisinə keçdiyini yazıb.

“Sputnik Ermənistan” bildirib ki, hərbçimiz Dərələyəzin Areni kəndi yaxınlığında saxlanılıb.

Məlumatı rəsmi olaraq hələ ki nə Ermənistan Müdafiə Nazirliyi, nə də Milli Təhlükəsizlik Xidməti təsdiqləyib.