\
21 Noyabr 2024 - Cümə axşamı

Ermənistan hökuməti Azərbaycanla imzalanan Əsasnaməni nəzərdən keçirəcək

Ermənistan hökuməti Azərbaycanla imzalanan Əsasnaməni nəzərdən keçirəcək
1891baxış

Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamənin ratifikasiya edilməsi məsələsini nəzərdən keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Ermənistan Nazirlər Kabinetinin saytında paylaşılıb.

Bildirilir ki, sözügedən məsələ sentyabrın 5-də keçiriləcək iclas zamanı müzakirə ediləcək.

Sənəddə deyilir ki, qanun layihəsi hökumət tərəfindən təsdiq edildikdən sonra Konstitusiya məhkəməsinə, bundan sonra isə parlamentə göndəriləcək.

Xatırladaq ki, komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.