Dilqəmin oğlu: "Atamı zəhərləyiblər!"
1689
2014-cü ilin iyulunda Kəlbəcərdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının zəhərləndiyini israr edir: “Atam Dilqəm Əsgərovu zəhərləyiblər. Qırmızı Xaç Komitəsinin həkimi Roman əvvəl təsdiq etsə də bu xəbəri indi təkzib edir. 8 aydır atamdan nə məktub, nə də video gəlməməsinin səbəbi, sən demə, atamın zəhərlənməsiymiş. Mənə də deyirlər ki, atan özü istəmir məktub yazmağı. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları sübut etsinlər ki, atamın səhhəti yaxşıdır, atamın canlı videosunu gətirsinlər. Mənə nağıl danışmasınlar”.