Ermənistanda 29,2 milyardlıq korrupsiya faktları aşkar edildi
1632
Ermənistanda 8 may-20 iyul tarixlərini əhatə edən 29,2 milyard dramlıq qanunsuz mənimsəmə faktı aşkar edilib. Mediapress.az News.am-a istindən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin korrupsiya ilə mübarizə üzrə müavini Aren Mkrtçyan facebook statusunda məlumat yazıb. Statusda hələlik konkret şəxslərin adları əkilməsə də, yüksək vəzifəli məmurların korrupsiya əməllərinin aşkar edildiyi faktı bildirilir. O da bildirilir ki, qanunsuz mənimsəmə, israf , vəzifədən sui-istifadə, rüşvətxorluq üzrə araşdırmalar daha geniş miqyasda davam etdiriləcək və kimliyindən asılı olmayaraq hər kəs layiqli cəzasını alacaq.