Silahlı qarətçilər qorxub qaçdılar - Ermənistanda
Ermənistanda qarət planı uğursuzluqla nəticələnib. Mediapress.az Shamshyan.com-a istinadən məlumat yayan News.am-a yönəlik xəbər verir ki, hadisə ölkənin Qeqarkunik rayonundakı yanacaqdoldurma məntəqələrinin birində baş verib. Yeli vaxtla saat 00:10 radələrində 57 yaşlı Saaruni Xaçatryan adlı şəxs yaxınlıqdakı polis məntəqəsinə şikayət edib. Bildirib ki, Sovak kəndinin kəsişməsində yerləşən məntəqəyə dövlət nömrə nişanı olmayan «Jeep» markalı maşın daxil olub. Maşında olan 2 nəfər maskalı şəxs benzinin olub-olmadığı ilə maraqlanıb. Daha sonra sərnişin və sürücü S.Xaçatryana odlu silah yönəldərək ondan məntəqədəki kassanın pullarını tələb ediblər. Silahlar hazır vəziyyətə gətirildikdən sonra S.Xaçatryan pulları gətirmək üçün ofisə keçib. O, telefonu götürərkən qarətçilərin hadisə yerindən uzaqlaşdıqlarını, yüksək sürətlə Karçaxbur kəndi tərəfə istiqamət aldıqlarını görüb.
Faktla bağlı cinayət işi açılıb.