\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Göldə əsgər cəsədi tapıldı - Qarabağda

Göldə əsgər cəsədi tapıldı - Qarabağda
1748baxış

Dağlıq Qarabağda daha bir muzdlu erməni əsgərinin meyiti tapılıb. Mediapress.az News.am-ın separatçı rejimin müdafiə nazirliyinə istinadən yaydığı məlumata görə xəbər verir ki, dünən yerli vaxtla saat 17:30 radələrində Əsgəran ərazisində göldə erməni əsgərini cəsədi aşkar edilib. 36 yaşlı Armen Ovakimyan adı muzdlu əsgərin bədbəxt hadisə nəticəsində öldüyü ehtimal edilir. Lakin başqa ehtimallar da araşdırılır. Əsgərin şəxsi münaqişə zəminində qətlə yetirildiyi ehtimalı da istisna edilmir. Faktla bağlı araşdırma aparılır.