Xocavənddəki “Akvapark”da erməni gənclərin istirahət görüntüləri - FOTOLAR
Xankəndindəki hakim separatçı “Azad vətən” partiyasının təşəbbüsü ilə iyulun 31-də Azərbaycanın işğal altındakı Xocavənd rayonunun Tuğ kəndi yaxınlığında yaradılmış “Vətən” gənclər düşərgəsinin ikinci növbəsi start götürüb.
Bu haqda separatçı erməni rejiminə yaxın nəşrlər məlumat yayıb.
“Akvapark” adlı istirahət zonasında təşkil edilmiş düşərgənin 1-ci növbəsində müxtəlif bölgələrdən 50 gənc iştirak edib.
Ayın 9-dan başlayan 2-ci növbə isə avqustun 20-dək davam edəcək. Düşərgədə dincələn dığa və axçiklər işğal altındakı torpaqlarımızdakı tarixi yerlərə, o cümlədən saxtalaşdırılmış Azıx mağarasına ekskursiyalara aparılır. Burada eyni zamanda erməni gənclərə ““Artsax”ın “ərazi bütövlüyünün qorunması”, iqtisadi, texnoloji problemlər və s. haqda mühazirələr də oxunur.