Ermənistanın İstintaq Komitəsinin bir neçə sabiq müstəntiqi həbs edilib
1612
Ermənistanın İstintaq Komitəsinin bir neçə sabiq müstəntiqi həbs edilib. Məlumata görə, onlar rüşvət almaqda ittiham edilirlər.
Xüsusi İstintaq Xidmətində faktla bağlı başlanmış cinayət işinin ibtidai istintaq zamanı məlum olub ki, İstintaq Komitəsinin Lori vilayəti üzrə İstintaq İdarəsinin sabiq baş müstəntiqi Tatul Şuşanyan, həmin idarənin keçmiş baş müstəntiqi Araik Nersisyan və idarənin Xüsusi Mühüm İşlər üzrə baş müstəntiqi Artak Ovannisyan öz səlahiyyətlərindən sui-istifadə ediblər.
Bundan başqa, Ovannisyan və Şuşanyan aşkar qanunsuz hərəkətlərin törədilməsinə görə külli miqdarda rüşvət alıblar. (report)