Erməni əsgəri intihar etdi - Kəlbəcərdə
Dünən yerli vaxtla saat 21:00 radələrində Ermənistan hərbi hissələrinin birində intihar hadisəsi baş verib. Mediapress.az News.am-a istinadən xəbər verir ki, erməni qoşunlarrının Qarabağın şimalında dislokasiya olunan hərbi hissəsində 1996-cı il təvəllüdlü Vanik Govorkyan adlı hərbçinin meyiti aşkar olunub. İlkin ehtimallara görə, öülümə intihar hadisəsi səbəb olub. Separatçı rejimin nümayəndələri faktla bağlı araşdırmalara başlayıblar.
Mediapress.az Shamshyan.com-a istinadən xəbər verir ki, hadisə işğal altında olan Kəlbəcər ərazisində baş verib. Dözülməz məişət şəraiti, psixoloji gərgin vəziyyət intiharın əsas səbəblərindən biri sayıla bilər. Hadisənin bir və ya bir neçə nəfər tərəfindən hazırlanmış cinayət olduğu da istisna deyil.