Yerevanda avtobus sürücüləri tətilə başlayıblar - Həm sürücülər, həm də sərnişinlər bahalaşmadan çox narahatdırlar
1715
Ermənistanın paytaxtında marşrut taksilərinin (qeyd: kiçik həcmli avtobuslar) sürücüləri tətil elan ediblər. Mediapress.az NEWS.am-a istinadən xəbər verir ki, cari ilin 16 yanvar tarixindən etibarən sürücülər işə çıxmaqdan imtina ediblər. Onlar dizel yanacağının qiymətinin artımı fonunda gəlirlərinin kəskin şəkildə azalmasından şikayət edirlər. Hazırda nəqliyyat çatışmazlığı daha çox Yerevanın cənub qərb istiqamətində hiss olunur.