\
24 Oktyabr 2024 - Cümə axşamı

Hərbçiləri daşıyan avtomobil minik maşını ilə toqquşub, iki nəfər ölüb - Ermənistanda

Hərbçiləri daşıyan avtomobil minik maşını ilə toqquşub, iki nəfər ölüb - Ermənistanda
1653baxış

Ermənistanda hərbçiləri daşıyan avtomobil minik maşını ilə toqquşub.

apa-nın shamshyan.com” saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün Sisyan-Şaki avtomobil yolunda baş verib.

“VAZ 2107” və “Ural” markalı maşınların toqquşması nəticəsində birinci avtomobildə olanlardan ikisi ölüb, biri yaralanıb. “Ural” markalı yük avtomobildəki hərbçilər arasında zərər çəkən olmayıb. 

Mediapress.az