\
24 Noyabr 2024 - Bazar günü

İrəvanda atışma səsləri eşidildi - Dərinləşən xaos

İrəvanda atışma səsləri eşidildi - Dərinləşən xaos
1717baxış

Ermənistan cəmiyyətində özbaşınalıq, kriminal xaos davam etməkdədir. Mediapress.az Shamshyan.com-a istinadən məlumat yayan News.am-a yönəlik xəbər verir ki, paytaxt küçələrində növbəti dəfə atışma səsləri eşidilib. Srağagün axşam yerli vaxtla saat 23:00 radələrində İrəvanın Həsrətyan küçəsində atışma səsləri müşahidə olunub. Hadisənin bir qrup şəxs tərəfindən törədildiyi məlum olsa da, cinayətkarların kimliyi hələlik müəyyən edilməyib. İlkin məlumata görə, hadisə yerində güllələrlə dolu olan tapanca aşkar edilib.

Xatırladaq ki, bu, ilk belə hadisə deyil. Paytaxt küçələrində, eləcə də digər bölgələrdə mütəmadi olaraq silahlı insidentlər müşahidə olunur.