\
24 Noyabr 2024 - Bazar günü

Erməni qadın VTB-nin 2 milyonunu mənimsədi - İrəvanda

Erməni qadın VTB-nin 2 milyonunu mənimsədi - İrəvanda
1692baxış

Ermənistanda qadın dələduzluq yolu ilə VTB bankı 2 milyon dram (MP: təxminən 7000 manat) məbləğində aldadıb. Mediapress.az Shamshyan.com-a istinadən məlumat yayan News.am-a yönəlik xəbər verir ki, adıçəkilən bankın rəhbəri 30 yaşlı A.Tsaxik barədə polisə şikayət ərizəsi ilə müraciət edib. Müraciətdə bildirilir ki, A.Tsaxik 25 oktyabr tarixində kredit tələbi ilə bankın 10 saylı filialına müraciət edib. O, krediti başqa bir adamın adına imzalayaraq, əldə etdiyi 2 milyon dramı (MP: təxminən 7000 manatı) Unibankın borcuna yönəldib. Daha sonra dələduz qadın müəmmalı şəkildə yoxa çıxıb. Hazırda faktla bağlı materiallar araşdırılır, polis qadının yerini müəyyən etməyə çalışır.