\
24 Noyabr 2024 - Bazar günü

İnterpolun axtardığı cinayətkar erməni qadın

İnterpolun axtardığı cinayətkar erməni qadın
1695baxış

İndiyədək müxtəlif cinayətlər törətmiş Ermənistan vətəndaşları İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib. Hazırda 29 erməni cinayətkar İnterpolun axtarışındadır. Onlardan biri qadındır.

Axtarışa verilən erməni qadın 1987-ci il təvəllüdlü, Kotayk bölgəsində qeydiyyatda olan Armenuhi Petrosyandır. 

O, güc tətbiq etmək və ya güclə hədələmək, fırıldaqçılıq, azadlığını əlindən almaq, şantaj və əmlaka ziyan vurmaq yolu ilə qanunsuz işəgötürmə, daşıma, nəqliyyat, sığınacaq və ya cinsi istismar, məcburi əmək məqsədilə insan alveri ilə məşğul olmaqda ittiham olunur. Axtarışların aparılmasına baxmayaraq, cinayətkar erməni qadını hələ də tapmaq mümkün olmayıb. (femida)

Mediapress.az



F