Nikol Paşinyanla erməni kilsəsi arasında qalmaqal böyüyür
“Kilsə heç vaxt hakimiyyətin əlavəsi olmayıb”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Eçmiadzin kilsəsinin aparıcı din xadimi Vaqram Melikoyan Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın erməni kilsəsinin hakimiyyətin əlavəsi olması barədə fikirini şərh edərkən deyib.
V.Melikoyan kilsənin ermənilərin və Ermənistanın həyatında oynadığı aparıcı rolu da vurğulayıb.
Qeyd edək ki, N.Paşinyan Eçmiadzin kilsəsinin fəaliyyətindən danışarkən deyib: “Respublikaçılar Partiyası (Serj Sarqsyanın Partiyası- “Report”) milli-mənəvi dəyərlərdən bəhs edir. Ancaq kilsə onların hakimiyyəti dövründəki qədər heç vaxt ləkələnməyib. Bundan başqa kilsə hakimiyyətin əlavəsi olub”.
Xatırladaq ki, bir müddət əvvəl Tehrandakı erməni kilsəsinin başçısı, arxiyepiskop Sepux Sarkisyan da Nikol Paşinyanın əaleyhinə çıxış etmişdi. Bundan başqa parlament katolikosun mühafizəsi haqqında qanun layihəsini qəbul etməyib.