\
24 Noyabr 2024 - Bazar günü

Paşinyanın bloku erkən parlament seçkilərində qalib gəlib

Paşinyanın bloku erkən parlament seçkilərində qalib gəlib
1656baxış

Ermənistanın baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyanın "Mənim addımım" bloku ölkənin bütün 2010 seçki məntəqəsindəki bülletenlərin hesablanmasından sonra səslərin 70,43%-ni toplayır. Həmçinin seçkilərin yekununa görə, "Çiçəklənən Ermənistan" və (8,27% səs) "İşıqlı Ermənistan" (6,37% səs) partiyaları parlamentə keçir.

“Report” xəbər verir ki, bu barədə bazar ertəsi Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Keçmiş hakim Ermənistan Respublika Partiyası 4,7 faiz səs toplayaraq 5 faiz həddini aşa bilməyib. "Daşnaksutün" fraksiyası seçicilərin 3,89% səsini toplaya bilib.

Mediapress.az