Ermənilər bu dəfə Rusiya səfirliyi qarşısında etiraza başlayıblar - “Ölkənin suverenliyi sual altındadır” - VİDEO
Ermənistanda Rusiya səfirliyi qarşısında etirazlar bu gün də davam etməkdədir. Səhər saatlarında etirazçılar səfirliyin binası qarşısında toplanmağa davam edirlər.
Mediapress.az Tert.am-a istinadən xəbər verir ki, bir qrup ictimai xadim və siyasi fəal Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında baş verən özbaşınalığa qarşı etiraz edirlər. Onların fikrincə, adıçəkilən hərbi bazanın hərbçilərinin nizamnamədən kənar hərəkətləri ümumiyyətlə ölkənin suverenliyini sual altına alır. Bu gün Rusiyanın Fövqəladə və Səlahiyyətli səfirinə və Ermənistan rəhbərliyinə etiraz petisiyası təqdim olunacaq.
Qeyd edək ki, cari ilin 03 dekabr tarixində adıçəkilən hərbi hissənin hərbçisi meriyanın 57 yaşlı kommunal və ekologiya şöbəsinin qadın əməkdaşını ölümcül döyüb və nəticədə qadın ölüb.
Xatırladaq ki, bu, ilk belə zorakılıq halı deyil Belə ki, 2015-ci ilin 12 yanvar tarixində 102-ci hərbi hissənin sıravisi Valeriy Permyakov Gümrü şəhərində yaşayan Avetisyan ailəsinin 7 üzvünü, o cümlədən azyaşlı körpəni qətlə yetirib.