Hərbi polis rəisini öldürmüş qatil azadlığa buraxıldı - Ermənistanda
1901
Ermənistanda analoqu olmayan hadisə baş verib. Törətdiyi qətlə görə ömürlük həbs cəzası almış qatil məhkəmə zalından azadlığa buraxılıb.
Mediapress.az News.am-a istinadən xəbər verir ki, ölkənin ədliyyə nazirliyinin açıqlamasına görə, hərbi polis rəisini öldürmüş şəxs azadlığa buraxılıb.
Qeyd edək ki, Vanadzor şəhərinin sakini Vaahn Marukyan 1993-cü ildə 19 yaşında olarkən hərbi polisin rəisini qəsdən öldürdüyü üçün həbsə alınıb. 1994-cü ildə onun barəsində ölüm hökmü çıxarılsa da, sonradan bu qərar ömürlük həbs cəzası ilə əvəz olunub. Cari ilin 25 dekabr tarixində isə müttəhim məhkəmə zalından azadlığa buraxılıb.