\
13 Oktyabr 2024 - Bazar günü

Müdafiə naziri cəbhə bölgəsində (FOTOLAR)

Müdafiə naziri cəbhə bölgəsində (FOTOLAR)
1686baxış
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti zirehli texnikaların döyüş hazırlığını yoxlayıb.
 
Bu barədə Mediapress.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 
 
Müdafiə naziri hərbi hissədəki şəraitlə tanış olaraq hərbi texnikalara baxış keçirib, onların heyətlərinin hazırlığını yoxlayıb və döyüş tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verib.