\
24 Noyabr 2024 - Bazar günü

Bayram günündə 34 yaşlı oğul 52 yaşlı anasını döyərək zorlamaq istədi - Ermənistanda

Bayram günündə 34 yaşlı oğul 52 yaşlı anasını döyərək zorlamaq istədi - Ermənistanda
1154baxış

Ermənistanda bayram günləri dəhşətli cinayət hadisəsi baş verib. Mediapress.az Shamshyan.com-a yönəlik məlumat yayan News.am-a istinadən xəbər verir ki, ölkənin adı çəkilməyən bölgələrinin birində oğlan anasını zorlamağa cəhd göstərib. Belə ki, 52 yaşlı V.Marine adlı qadın 34 yaşlı oğlunun onu döydükdən sonra zorlamaq istədiyi şikayəti ilə polis idarəsinə yazılı şikayət verib. Qadının sözlərinə görə, oğlu spirtli içkinin təsiri altında ona əxlaqsız təkliflər etməyə başlayıb. Rədd cavabı aldıqca anasını amansızcasına döyməyə başlayıb. Şikayətə əsasən oğlan şübhəli şəxs qismində polis idarəsinə çağırılıb. Faktla bağlı araşdırma aparılır.