Ermənistan Çexiyadan sabiq prezidentin qardaşı oğlunu tələb edir - Sarkisyanlara qarşı ov
Ermənistanın yeni iqtidarı sələflərinin sıradan çıxarılması yönündə addımlar atmaqdadır. Mediapress.az RİA.ru-ya istinadən xəbər verir ki, ölkənin Baş Prokurorluğu ötən ilin 06 dekabr tarixində Praqada yaxalanan sabiq prezident Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın ekstradisiyası haqda Çexiya dövlətinə sorğu göndərib. Prokurorluğun ictimai əlaqələr şöbəsinin müdiri Arevik Xaçatryan N.Sarkisyanın qanunsuz silah gəzdirməkdə, dələduzluqda, adam oğurluğunda və narkotik saxlamaqda şübhəli bilindiyini bildirib.
Qeyd edək ki, Narek Sarkisyan Çexiya polisi tərəfindən yaxalanan zaman Franklin Qonsales adlı Qvatema sakini adına saxta sənədlər təqdim edib. O, 2017-ci ildə iş adamını döyməkdə və biznesini mənimsəməkdə də ittiham olunur.
Xatırladaq ki, Serj Sarkisyanın qardaşı Levon Sarkisyan və onun bacısı qızı da “qanunsuz varlanma”, “saxta sənədləşmə” iddiası ilə axtarışa veriliblər.