İrəvanda 6 məktəbli bağça və universitet müəllimini döydü - Rus dilinə görə
İrəvanda yeniyetmələrin və 2 müəllimin iştirakı ilə kütləvi dava baş verib.
Mediapress.az Shamshyan.com-a yönəlik məlumat yayan News.am-a istinadən xəbər verir ki, dünən yerli vaxtla saat 19:00 radələrində bir qrup yuxarı sinif şagirdi ilə uşaq bağçasının tərbiyəçisi və universitet müəlliminin davası düşüb. Paytaxtın Komitas prospektində başlayan əlbəyaxa döyüş A.Xaçaturyan küçəsində bir nəfərin huşunu itirməsi ilə nəticələnib. Hadisə yerinə gəlmiş polis qüvvələri 6 yeniyetmənin 40 yaşlı bağça müəlliməsi və 51 yaşlı universitet müəllimi ilə dava elədiyini, bu zaman daşlardan, dəyənəklərdən, dəmir linglərdən istifadə olunduğunu müəyyən ediblər. Yaralılar xəstəxanaya çatdırılsalar da, digər yeniyetmələr nədənsə sərbəst buraxılıblar.
Mediapress.az Shamshyan.com-a istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, mübahisəyə səbəb rus dilinin yeniyetmələr tərəfindən təhqir edilməsi olub. Rusdilli Nelli Moiseyeva və Slavyan Universitetinin müəllimi gənclərə irad bildirərkən aralarında mübahisə düşüb və bu mübahisə qısa zamanda davaya çevrilib.