\
24 Noyabr 2024 - Bazar günü

Ermənistan Qarabağ məsələsində ciddi güzəştlərə doğru gedir - Yeni parlament bunu ört-basdır etməyə çalışsa da

Ermənistan Qarabağ məsələsində ciddi güzəştlərə doğru gedir - Yeni parlament bunu ört-basdır etməyə çalışsa da
1670baxış

Dağlıq Qarabağ məsələsində ciddi güzəştə getməli olan Ermənistanın yeni rəhbərliyi çıxılmaz vəziyyətə düşüb. Yeni parlamentin təcrübəsiz üzvləri daxili elektorata hesablanmış açıqlamalar versələr də, istər-istəməz güzəştə hazır olduqlarının siqnalını vermiş olurlar. Mediapress.az News.am-a istinadən xəbər verir ki, parlamentin bugünkü iclasında məsələ gündəliyə çıxarılıb, Ermənistanın Qarabağ siyasəti müzakirə olunub. 

“Ermənistanın baş naziri Nikol Paşinyan əvvəl də qeyd edib ki, Qarabağ üzrə danışıqları davam etdirərkən sırf Ermənistanın mövqeyini təmsil edəcək, Dağlıq Qarabağın deyil. O, həmin prinsipə sadiqdir”. Bu sözləri parlamentin bugünkü iclasında “Mənim Addımım” blokundan xarici əlaqələr daimi komissiyasına namizəd olan deputat Ruben Rubinyan deyib. Deputatın sözlərinə görə, Vyanada və Sankt-Peterburqda əldə edilmiş razılıqlar Ermənistanın gündəliyində qalmaqdadır. “Paşinyanla Əliyevin Düşənbədə baş tutmuş qeyri-formal görüşü kontekstində heç bir ziddiyyət yoxdur. Məsələ bundan ibarət idi ki, təmas xəttində hərbi qarşıdurmanın qarşısı alınsın. Bu söhbət nəticəsində İrəvanla Bakı arasında xüsusi rabitə yaranıb ki, ən azı bu mərhələdə gərginlik ciddi şəkildə aradan qaldırılıb”, - deyə erməni millət vəkili sözlərinə əlavə edib. Bununla belə, R.Rubinyan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Ermənistan səfəri zamanı səsləndirdiyi sərt fikirləri şərh etməkdən imtina edib. Xatırladaq ki, C.Bolton N.Paşinyanın partiyasının parlamentdəki mandatlara sahib olduqdan sonra Ermənistanın çox böyük güzəştlərə getməli olacağı haqda fikirlər səsləndirmişdi.