\
24 Noyabr 2024 - Bazar günü

Ermənistan Rusiyadan necə uzaqlaşacaq?! - Yeni iqtidarın hiyləgər siyasəti

Ermənistan Rusiyadan necə uzaqlaşacaq?! - Yeni iqtidarın hiyləgər siyasəti
1667baxış

Ermənistan Milli Məclisinin bu gün baş tutan iclasında ölkənin yeni iqtidarının xarici siyasəti müzakirə edilib. N.Paşinyan tərəfdaşları Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda açıq bəyanatlar verməkdən çəkinsələr də, çıxılmaz vəziyyətə olduqlarını üstüörtülü şəkildə etiraf etməli olublar. Daha dəqiq desək, siyasi kursu dəyişməyə hazır olduqlarını xalqın istəyinə bağlamağa çalışıblar. Bu isə o deməkdir ki, Rusiya ilə münasibətləri birbaşa deyil, mərhələ-mərhələ korlayacaqlar. 

Mediapress.az News.am-a istinadən xəbər verir ki, Ermənistan parlamentinin “Mənim Addımın” blokundan olan millət vəkili, qatı antirus mövqeyi ilə seçilən, indi isə xarici əlaqələr daimi komissiyasına üzvlüyə namizəd olan Ruben Rubinyan çıxışı zamanı N.Paşinyan iqtidarının xarici siyasət strategiyasını özünəməxsus şəkildə dilə gətirib. “Xalqın müsbət münasibəti olmadan Ermənistanın xarici siyasətində heç bir radikal dəyişiklik olmayacaq. Bizim güclü mandatımız var, ancaq biz Ermənistanın maraqları və xalqın qərarına əsasən hərəkət edəcəyik”, - deyən millət vəkili xalqın qərarı dedikdə, nəyi nəzərdə tutduğuna açıqlıq gətirməyib.  

Xatırladaq ki, adıçəkilən deputat Avrasiya İqtisadi Birliyi və Rusiyaya qarşı kütləvi etiraz aksiyalarının təşkilatçılarından biri olub.