Erməni Azərbaycana keçmək istəyərkən minaya düşdü
1639
Yanvarın 16-da Ermənistan-Azərbaycan sərhədində minanın partlaması nəticəsində Ermənistanın Tavuş vilayətinin Barekamavan kəndinin sakini Arman Mikaelyan ciddi xəsarət alıb.
BakuPost xəbər verir ki, hadisə ötən gün saat təxminən 15:00-da baş verib.
Xeyli qan itirən Mikaelyanın bir ayağı amputasiya olunub.
Məlum olub ki, xəsarət alan şəxs ruhi xəstədir. O, sərhədə yaxınlaşıb və tikanlı məftili keçmək istəyib, elə həmin an partlayış baş verib.